bazar ertəsi 14 sentyabr 2026 - 20:45
Əli ət-Tahir bölgəsində düşmən bayrağı niyə görünmədi? + Video

Hövzə | Livanlı fəalı deyib: Nə üçün düşmənin ələ keçirdiyi silah və hərbi texnikaya dair heç bir görüntü yayımlanmayıb? Ümumiyyətlə, düşmən nə üçün həmin ərazini 1100 ton partlayıcı maddə ilə məhv edib?

Fatimə Fərhat adlı Livanlı qadın son üç il ərzində xüsusilə Əli ət-Tahir bölgəsi ilə bağlı düşmənin apardığı media müharibəsini açıqlayan videolar göndərib. İsrail tərəfindən işğal edildiyi iddia olunan bu təpə ilə bağlı isə düşmən bayrağının orada qaldırılmasını, müqavimət qüvvələrinin saxlanılmasını və ya Hizbullahın silah və hərbi texnikasının ələ keçirilməsini göstərən heç bir video yayımlanmayıb.

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Hizbullahı dəstəkləyən xalq üç ildir ki, sionist düşmənin hərbi, media və psixoloji müharibəsi qarşısında iman və Allaha təvəkküllə müqavimət göstərir. Sionist düşmən hərbi və mülki mövqelərə qarşı amansız və gündəlik hücumlarına baxmayaraq, müqavimətin ruhunu sarsıtmaq məqsədilə genişmiqyaslı media müharibəsi aparıb. Lakin bu müharibədə də hərbi müharibədə olduğu kimi məğlubiyyətə uğrayıb.

Livanlı fəal Fatimə Fərhat Hövzə Xəbər Agentliyinə göndərdiyi qısa videolar vasitəsilə Livanın cənubundakı hazırkı vəziyyəti, eləcə də sionist düşmənin yalan və dezinformasiya nailiyyətləri ətrafında yaratdığı media və təbliğat hay-küyünü açıqlayıb.

Fatimə Fərhat düşmənin Əli ət-Tahir bölgəsi ilə bağlı son media müharibəsinə toxunaraq deyib: Əli ət-Tahir haqqında deyilə biləcək son söz budur. Mən hazırda Livandayam və bundan sonra baş verə biləcək hər hansı hadisədən asılı olmayaraq, siz İslam müqavimətinin qarşısında dayanan bu düşmənin əsl mahiyyətini dəqiq bilməlisiniz.

O əlavə edib: Əvvəla, bu ordu Qərbi Asiyada ən güclü hava qüvvələrinə malikdir. Onun təhlükəsizlik və kəşfiyyat imkanları da dünyada ən yüksək səviyyədədir. Süni intellektdən hərbi əməliyyatlarında və döyüşlərində çox yüksək dəqiqliklə istifadə edən belə bir ordunun qarşısında öz imkan və qüvvələri, eləcə də müdafiə etdiyi ərazi ilə İslam müqaviməti dayanır.

Düşmən üç il ərzində 1600 hava hücumu ilə cəmi 10 kilometr irəliləyə bilib

Fatimə Fərhat deyib: Livanın cənubu, xüsusilə genişmiqyaslı döyüş meydanları ilə müqayisədə çox kiçik bir ərazidir. İsrail ordusu son üç il ərzində davamlı olaraq hərbi mövqelərə hava hücumları həyata keçirib və yalnız bir gün ərzində Livanın cənubuna 1600 hava hücumu həyata keçirib. O, Hizbullahın hərbi imkanlarını zəiflətmək üçün ən şiddətli hava zərbələrindən istifadə edib. Bütün bu əməliyyatlara və havaya tam və gündəlik nəzarətə baxmayaraq, sərhəddən sonra ən çox 10 kilometr irəliləyə bilib. Bu da yalnız Əli ət-Tahir təpələrinin bəzi hissələrində mümkün olub.

O əlavə edib ki, onların malik olduğu imkanları və həyata keçirdiyi əməliyyatları nəzərə alsaq, bu gün əldə etdiyi nəticə nə qələbə hesab olunur, nə də böyük nailiyyətdir. Üstəlik, söhbət həmin ərazilərin üç il ərzində məhz bu mübariz əsgərlər tərəfindən müdafiə edilməsindən və müqavimət göstərilməsindən gedir. Allaha təvəkkül və etimadla deyirik ki, düşmən kəndlərimizə çatsa belə, Allahın izni ilə həmin əraziləri yenidən geri alacağıq və evlərimizə qürurla qayıdacağıq. Necə ki, Seyid Həsən Nəsrullah demişdi: Müharibə nə qədər uzun çəksə də biz bu müharibədə zəfər qazanacağıq.

Fatimə Fərhat Livanın cənub bölgələrindən çəkdiyi başqa bir videoda Hizbullahın məğlub olduğunu düşünənlərə müraciətlə deyib: İnadkarlıqdan əl çəkin. Hizbullah məhv olub, silahı tamamilə qurtarıb, bütün obyektlər düşmənin əlinə keçib kimi söylədiyiniz sözlərdən əl çəkin. Mənim tamamilə spontan şəkildə verdiyim bir neçə sual var. Əli ət-Tahir bölgəsini işğal etdikləri halda, orada mavi və ağ bayrağın qaldırılmasını təsdiqləyən hər hansı bir video nə üçün yoxdur? Hizbullah qüvvələrinin və iranlı hərbçilərin saxlanılmasını göstərən heç bir video nə üçün yayımlanmayıb? Heç olmasa, onların cəsədlərinin ələ keçirilməsini göstərən bir video nə üçün yoxdur? İsrail qüvvələrinin Hizbullahın ən böyük və ən mühüm obyektinə daxil olmasını əks etdirən heç bir video nə üçün yayımlanmayıb? Düşmənin ələ keçirə bildiyi silah və hərbi texnika ilə bağlı heç bir video nə üçün təqdim edilməyib? Ümumiyyətlə, əgər həmin ərazi tamamilə onların nəzarətinə keçmişdisə, düşmən nə üçün orada 1100 ton partlayıcı maddədən istifadə edərək həmin ərazini partladıb?

Əgər həmin ərazidə belə böyük bir obyekt tamamilə işğal edilərək onların nəzarətinə keçmişdisə, nə üçün ondan istifadə etmədilər? Halbuki onlar həmin ərazini asanlıqla nəzarətə götürdüklərini iddia edirlər. Sizcə kim həqiqəti təhrif edir? Bütün bu media hay-küyünün arxasında biz dayanırıq, yoxsa başqa bir qüvvə?

Videonun davamında üzərində ivrit dilində yazılar olan yanmış silah və hərbi texnikanın görüntüləri nümayiş etdirildikdən sonra Fatimə Fərhat istehzalı şəkildə deyir: Əgər bu, üç ildir vurub-bombaladıqları həmin tuneldirsə, mən və məhəllənin uşaqları da plastik tanklarla gedib onu ələ keçirərdik?!

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha